Axaltsixedə Dövlət Təhlükəsizlik Xidmətinin sabiq yüksək vəzifəli şəxsini etnik diskriminasiyada ittiham edirlər
Axaltsixedə Dövlət Təhlükəsizlik Xidmətinin sabiq yüksək vəzifəli şəxsini etnik diskriminasiyada ittiham edirlər

Axaltsixedə Kldiaşvili küçəsində yaşayan vətəndaşlar kontr-kəşfiyyat xidməti departamentinin Cənubi region idarəsinin sabiq müavini Qoça Gelaşviliyi sözlü təhqirlə ittiham edirlər.

Yerli sakinlər Birinci Kanala bəyan edirlər ki, alkohol təsiri altında olan Gelaşvili etnik erməniləri təhqir etdi. Qonşuların məlumatına görə, Gelaşvili silahlı idi. Onlar bəyan edirlər ki, bu Gelaşvili tərəfindən milliyətcə erməni qonşuların təhqir edilməsinin ilk halı deyil və ondan üzr tələb edirlər.

Axaltsixe merinin müavini Ruben Karapetyan, hansı ki, Qoça Gelaşvilinin qonşusudur, bəyan edir ki, bu fakt haqqında qonşulardan eşitdi. Ruben Karapetyan bəyan etdi ki, qonşular Gelaşviliyə qarşı polisə şikayət daxil etməyiblər, ancaq polisin bu hadisə haqqında məlumatı var.

Qoça Gelaşvilinin özü ittihamları rədd edir.

Birinci Kanal Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı və baş verən hadisə ilə bağlı istintaq aparılır. Gelaşviliyə qarşı suçlamaların təsdiqləndiyi halda, müvafiq tədbirlər görüləcək.