Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarının hissələrində bəzi növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarının hissələrində bəzi növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatına əsasən mürəkkəb meteoroloji şəraitlə əlaqədar (qar, çovğun, görmə məsafəsinin zəifləməsi) beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil yolunun 90km-112km hissəsində və həmçinin beynəlxalq əhəmiyyətli Axalkalaki-Kartsaxi avtomobil yolunun 1km-36,5km hissəsində qoşqulu, yarımqoşqulu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağan edilib. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.