Axalsixedə, Uraveli kəndində koronavirusa 41 insan yoluxdu, hadisə güman edildiyinə görə, yas mərasimi ilə bağlıdır
Axalsixedə, Uraveli kəndində koronavirusa 41 insan yoluxdu, hadisə güman edildiyinə görə, yas mərasimi ilə bağlıdır

Axalsixedə, Uraveli kəndində koronavirusa 41 insan yoluxdu. Hadisə güman edildiyinə görə, yas mərasimi ilə bağlıdır

Yoluxanlar arasında uşaqlar və hamilələr var. Hamilələrdən biri müalicəsini Tbilisidə davam etdirir. Kənd həkimi, Culiyeta Kapanadzenin dediyinə görə, hamısının sağlamlıq vəziyyəti qənaətbəxşdir.

“19 ailədən 41 nəfər yoluxdu. Biri körpədir, ikisi bir yaşına qədər uşaqdır, dördü birdən səkkizə qədər olan uşaqdır, geridə qalanları yeniyetmələrdir. Dörd nəfər yan xəstəliklərlə Axalsixe və Adigen klinikalarına yerləşdirilib, ikisi artıq evə buraxıldı. İki hamilə yoluxdu. Hamilələrdən biri uşağı ilə birlikdə Tbilisiyə aparılıb. Hamısının vəziyyəti orta ağırlıqdadır. Evdə olanların vəziyyəti qənatbəxşdir. Telefonla əlaqə saxlayırıq və müvafiq müalicəni təyin edirik. Güman edildiyinə görə hamısı yas klasteridir.

Çərşənbə axşamı bütün sakinlər test edidli, 123 insan və bütün lazımi tədbirlər görüldü. Vəziyyət senən kimi kənddə vaksinasiyaya başlayacağıq”, – Uraveli kənd həkimi bəyan edir.