Axalsixe-Ninosminda avtomobil yolunda traylerlərin hərəkəti bərpa olundu
Axalsixe-Ninosminda avtomobil yolunda traylerlərin hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Axalsixe-Ninotsminda yolunda qoşqu və yarımqoşquların hərəkəti bərpa olundu.

Avtomobil Yolları Departamenti əhalini qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır.