Axalkalakidə çağırışçılar ilkin döyüş hazırlığı mərkəzində hərbi and içiblər
Axalkalakidə çağırışçılar ilkin döyüş hazırlığı mərkəzində hərbi and içiblər

Milli Terrorla Mübarizə Strategiyasının layihəsi parlamentdə müzakirə olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-analitik şöbəsinin direktoru Qiorqi Sabedaşvili sənədi Müdafiə və İnsan Hüquqları Komitələrinin üzvlərinə təqdim edib. Hazırda komitələrin iclası qapalı formatda keçirilir.

Qiorqi Sabedaşvili izah edir ki, Milli Terrorla Mübarizə Strategiyası 2019-2021-ci illər strategiyasının davamı olan növbəti beş il üçün siyasi sənəddir.

“Strategiya sənədinin özü sirr deyil, ictimai sənəddir. Sənədin məxfi xarakter daşıyan tədbirlər planı var və həm strategiyanın, həm də fəaliyyət planının hazırlanmasında müvafiq dövlət qurumlarının iştirak etməsi vacibdir. Sənəddə dövlətin strateji baxışı – terrorizm, zorakı ekstremizm və radikallaşma ilə mübarizə təqdim olunur. Bu, 2019-cu ildə ilk dəfə Gürcüstanda zorakı ekstremizm və radikallaşma anlayışını müəyyən edən sənəddir. Təbii ki, sənəd terrorizmdən bəhs edir və ölkənin terrora qarşı durmaq niyyətində olduğu dövlətin 7 əsas istiqamətini əks etdirir. Bunlar yeddi əsas istiqamətdir – məlumatların toplanması və təhlili, qarşısının alınması, mühafizə, hazırlıq, təqib, hüquqi bazanın inkişafı və beynəlxalq əməkdaşlıq”, – Sabedaşvili bildirib.