Axalkalaki Şəhər Şurasında “Milli Hərəkat” fraksiyasının üzvləri partiyanın sədri Levan Xabeişvilini istefaya çağırır
Axalkalaki Şəhər Şurasında “Milli Hərəkat” fraksiyasının üzvləri partiyanın sədri Levan Xabeişvilini istefaya çağırır.
Fraksiya üzvlərinin bəyanatında qeyd edilənə əsasən, yeni rəhbərliyin və şəxsən Xabeişvilinin yanlış yanaşmaları partiyanın görünməmiş dərəcədə zəifləməsinə və sadiq tərəfdarlarının hərəkatdan kənarda qalmasına səbəb olub.
“Biz, “Vahid Milli Hərəkat”ın siyahısında olan Axalkalaki Bələdiyyə Şurasının üzvləri və təşkilat nümayəndələri olaraq partiyanın yeni rəhbərliyi ilə siyasi şuranın dağılması ilə bağlı qeyri-qanuni qərarla və rayon təşkilatlarında qondarma seçkilərin keçirilməsi ilə əlaqədar həlli mümkün olmayan problemlərlə üzləşdik.
Yeni rəhbərliyin və şəxsən Xabeişvilinin yanlış yanaşmaları partiyanın görünməmiş dərəcədə zəifləməsinə və sadiq tərəfdarların hərəkatımızdan kənarda qalmasına səbəb oldu.
Sadalanan səbəblərə görə partiya sədrinin istefasını tələb edirik ki, birlik və partiyanın mübarizəkar üzvlərinin reinteqrasiyası ilə bağlı müzakirələr mümkün olsun”, – bəyanatda deyilir.
Bəyanatı “Vahid Milli Hərəkat”ın səkkiz üzvü imzalayır: Şirvan Şirinyan, Armen Hunanian, Melik Raisyan, Andranik Mamulian, Vartan Chokandarian, Artur Mkoyan, Armen Hakobian, Misha Hakobian.
Müəllif -
Mehemmed Bayramaliyev