Axalkalaki, Ğvareli, Martvili və Xuloda dializ xidməti fəaliyyətə başlayıb
Axalkalaki, Ğvareli, Martvili və Xuloda dializ xidməti fəaliyyətə başlayıb. Məlumatı Səhiyyə Nazirliyi yayır.
Nazirliyin məlumatında indiyədək benefisiarların həftədə bir neçə dəfə, kilometrlərlə uzaqda, müxtəlif şəhərlərə getməyə məcbur olduqları, bunun da sağlamlıq vəziyyətinin pisləşməsi, vaxt və xərclərlə bağlı olduğu deyilir.
“Xidmətin fəaliyyətə başlamasından sonra isə benefisiarlar xidmətdən öz şəhərlərində, evlərinin yaxınlığında yararlana biləcəklər.
Tibb müəssisələri dializ üçün lazımi avadanlıqla tam təchiz olunub. Hemodializə ehtiyacı olan şəxslərə müvafiq hazırlıqdan keçmiş tibb işçiləri hər gün xidmət göstərəcək.
Axalkalaki, Ğvareli, Martvili və Xulodan sonra yaxın gələcəkdə dializ xidməti Çiatura, Senaki, Saqareco, Tğibuli, Tsalencixa, Tsaqeri, Tsnori və Dedoplistsğaroda da mövcud olacaq, bunun nəticəsində də coğrafi əhatə dairəsi artacaq və benefisiarlar heç bir ləngimə olmadan lazımi xidmətdən yararlana biləcəklər”- deyə qurumun məlumatında qeyd olunur.