Axalqori icra hakimiyyətinin sədri - Tatunaşvilinin cəsədinin gətirilməsini və digər iki girovun azad edilməsini ən qısa zamanda gözləyirik
“Tatunaşvilinin cəsədinin gətirilməsini və Levan Kutaşvilinin və İoseb Pavliaşvilinin azad edilməsini ən qısa zamanda gözləyirik” – bu barədə bəyanatı Axalqori rayonun icra hakimiyyətinin sədri Nuqzar Tinikaşvili verdi.
Tinikaşvilinin dediyinə görə, hazırda beynəlxalq müttəfiqlərin yardımı ilə, okupasiya rejimi ilə müvafiq danışıqlar aparılır.
Baş verən hadisə ilə bağlı, yerli icra hakimiyyətinin sədri deyir ki, həbs edilən şəxslərin üçüdə illərdir işğal edilən ərazidə meyvə-tərəvəz nəqli ilə məşğul idilər.