Akaki Zoidze çoxluğun iclasında seçki sistemi ilə bağlı referendumun və ya plebisitin keçirilməsi təşəbbüsünü irəli sürəcək
Parlament çoxluğunun bugünki iclasında Akaki Zoidze öz təşəbbüsünü irəli sürəcək. Parlament çoxluğu üzvünün təklifi, 2020-ci ildə proporsional seçki sisteminə keçid ilə bağlı ölkədə referendumun və ya plebisitin keçirilməsini nəzərdə tutur.
Təşəbbüskar ümid edir ki, onun təklifinin düzgünlüyündə həmkarlarının inandırılmasında çətinlik çəkməyəcək. Onun bəyan etdiyinə görə, yaranmış durumdan çıxış yolu proporsional seçki sisteminə keçməkdir. Əgər Akaki Zoidzenin təklifini hakim komanda dəstəkləməsə o, deputat mandatının tərk edilməsini planlaşdırır.