Akaki Minaşvili - inanmırdım Nino Lomcariya "Gürcü Arzusu" hakimiyyəti şəraitində müstəqilliyini qoruyacaqdı, həqiqətən yanlış etdim
Akaki Minaşvili - inanmırdım Nino Lomcariya "Gürcü Arzusu" hakimiyyəti şəraitində müstəqilliyini qoruyacaqdı, həqiqətən yanlış etdim

İnanmırdım Nino Lomcariya “Gürcü Arzusu” hakimiyyəti şəraitində müstəqilliyini qoruyacaqdı, həqiqətən yanlış etdim, – bu barədə “Milli Hərəkatın” üzvü, Akaki Minaşvili İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında bəyan etdi. İclasda Xalq Müdafiəçisi, Nino Lomcariya 2020-ci ildə gürcüstanda insan hüquqları vəziyyəti barəsində hesabat təqdim etdi.

Onun dediyinə görə, Xalq Müdafiəçisi institutlardan biridir ki, bu gün Gürcüstanda müstəqil və qərəzsiz fəaliyyət göstərir.

“Səmimi olaraq deməm istəyirəm ki, sizin təyin olunmanız ilə bağlı skeptik əhval ruhiyyəsində idim. Ona görə yox ki, nəsə şəxsi qarşı idim. Əksinə, sadəcə olaraq inanmırdım ki, siz “Gürcü Arzusu” hakimiyyəti şəraitində müstəqilliyinizi və qərəzsizliyinizi qoruyacaqdınız, onda həqiqətən yanılırdım. Etiraf etmək istəyirəm ki, alq Müdafiəçisi institutlardan biridir ki, bu gün Gürcüstanda həqiqətən, müstəqil və qərəzsiz fəaliyyət göstərir”, – Akaki Minaşvili bəyan etdi.