Akaki Minaşvili - fraksiyamız MSK sədrliyinə təqdim olunan namizədləri dəstəkləməyəcək
Akaki Minaşvili - fraksiyamız MSK sədrliyinə təqdim olunan namizədləri dəstəkləməyəcək

 

Milli Hərəkatın üzvü Akaki Minaşvilinin sözlərinə görə, onların fraksiyası MSK sədri vəzifəsinə təqdim olunan namizədləri dəstəkləməyəcək, çünki Gürcü Arzusunun maraqlarının daşıyıcılarıdırlar.

Minaşvilinin də qeyd etdiyi üzrə , sözü gedən vəzifə uğrunda keçirilən müsabiqədə iştirak edən bütün insanlar Gürcü Arzusunun maraqlarının daşıyıcılarıdırlar.

“Milli Hərəkat – Birləşmiş Müxalifət” fraksiyası MSK sədri vəzifəsinə təqdim olunan iki namizədi dəstəkləməyəcək, çünki onlar illərdir MSK-nın işçiləridirlər və Tamar Jvania yəni “Gürcü Arzusu” komandasının nümayəndələridirlər və illər ərzində olan saxtalaşdırma siyasətini yürüdürlər. Qiorqi Kalandarişvili mətbuat katibi vəzifəsini yerinə yetirirdi və saxtalaşdırma siyasətini səsləndirdi, Qiorqi Santuriani hüquq şöbəsinin rəhbəri olaraq Gürcü Arzusu tərəfindən həyata keçirilmiş saxtakarlığı “bəraət qazandırırdı”. Nüfuzlu QHT-larının bizimkinə bənzər mövqeyi var və bu namizədləri dəstəkləmədilər. Gürcü Arzusunun Seçki Məcəlləsinə edilən düzəlişləri uydurma və islahat təqlidi üçün istifadə edəcəyinə dair şübhələrimiz və gözləntilərimiz təəssüf ki, özünü doğrultdu.

Müsabiqəyə müraciətlərin olduqca qısa müddətdə daxil edilməsi bunu təsdiq edir və böyük əksəriyyəti Gürcü Arzusunun maraqlarını daşıyan insanlar idi. Bu fakt bir daha sübut edir ki, bu ölkəni “Gürcü Arzusu” idarə etdiyi müddətdə, ölkə üçün lazımi dəyişikliklər edilməyəcək . “Gürcü Arzusu” və Bidzina İvanişvilinin yeganə hədəfi hakimiyyəti qorumaq, dövləti ələ keçirmək və vətəndaşların hesabına varlanmaqdır” -deyə Akaki Minaşvili bildirib.