Akademik Roin Metreveli Gürcüstan Elmlər Akademiyasının prezidenti seçilib
Akademik Roin Metreveli Gürcüstan Elmlər Akademiyasının prezidenti seçilib. Metreveli sözügedən vəzifədə Qiorqi Kvesitadzeni əvəz edib. Metrevelinin namizədliyinin dəstəkləndiyi iclas bu gün Elmlər Akademiyasında keçirilib.
Tarixçi, alim, ictimai xadim Roin Metreveli Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çlışırdı.
Roin Metreveli 1990-1991-ci illərdə birinci çağırış Gürcüstan Respublikası Ali Şurasının üzvü olub. 1991-2004-cü illərdə Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.
Gürcü Sovet Ensiklopediyasının nəşri Roin Metrevelinin adı ilə bağlıdır. 300-dən çox kitab və məqalənin müəllifidir. Onun redaktorluğu ilə 100-ə yaxın kitab və məqalə çap olunub. Onun səyləri sayəsində universitet 1926-cı ildən sonra itirdiyi muxtar ali təhsil müəssisəsi statusunu bərpa edib. Universitetin böyük elmi şurası da bərpa edilib.