Acharada sitrus meyvələrinin yığımına hazırlaşırlar
Acharada sitrus meyvələrinin yığımına hazırlaşırlar

 

Acharada sitrus meyvələrinin yığımına hazırlaşırlar.
Fermerlərə sitrus meyvələrinin logistikası və satışında köməklik göstərmək üçün Satış Koordinasiya Qərargahı fəaliyyətə başlayıb. Qərargah həmçinin sitrusun subsidiyasını təmin edəcək.

Qərargahın açılışında Kobuleti və Xelvaçauri munisipalitetinin merləri, Ticarət və Sənaye Palatasının, Milli Qida Agentliyinin, sitrus meyvələrinin emalı müəssisələrinin nümayəndələri, ixracatçılar və sitrus meyvə sahəsinə malik olan fermerlər iştirak ediblər.

Qərargah fəaliyyətini fevralın 1-dək davam etdirəcək. İstənilən şəxsin lazımi məlumatları əldə edə biləcəyi qaynar xətt fəaliyyətə başlayacaq.

Achara hökumətinin məlumatına əsasən, bu il 30-a qədər sitrus müəssisəsi ixrac olunan mandarin meyvəsini satın alacaq, qeyri-standart mandarinin təhvili və emalını isə MMC “Georgian Industrial Asset Management Group” həyata keçirəcək.