Acharada 102 yaşlı qadın Covid-19 əleyhinə peyvənd olunub
Acharada 102 yaşlı qadın Covid-19 əleyhinə peyvənd olunub

 

Acharada 102 yaşlı qadın Covid-19 əleyhinə peyvənd olunub. Emine Corbenadze bu gün Batuminin Respublika Xəstəxanasında “Pfizer”- in ilk dozası ilə peyvənd olunub.

“Bu uzun ömrüm boyunca üçüncü pandemiyanın şahidi oldum. Yüzdən çox yaşım var, amma həyat istəyirəm. Peyvəndin məni qoruyacağına inanıram, ona görə də gəldim və peyvənd oldum. Özümü yaxşı hiss edirəm və daha uzun illər yaşayacağımı düşünürəm “-deyə Emine Corbenadze peyvəndləndikdən sonra bildirib.

Yaşlı qadın ahıl insanları qorxmamağa və peyvənd olmağa çağırır ,çünki onun sözlərinə görə, həyatda qalmağın yeganə əsas yoluvaksinasiyadır.

Acharada yaşı 100 və 100-dən yuxarı olan 64 vətəndaş yaşayır.