Achara Ali Şurasının iclasında 6 müxalif deputatın səlahiyyətlərinin ləğv edilməsi müzakirə olunub
Achara Ali Şurasının iclasında 6 müxalif deputatın səlahiyyətlərinin ləğv edilməsi müzakirə olunub

 

Altı müxalif deputatın səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar keçirilən Achara Ali Şurasının büro iclasında səs-küy yaşanıb.

Məsələ növbəti plenar iclasın gündəliyinə daxil edilib. Müxalif deputatların səlahiyyətlərinə xitam verilməsinin səbəbi üzrlü səbəb olmadan qayıblardır. Seçkidən sonra müxalifətin boykot rejimində olduğu dövr nəzərdə tutulur.

“Milli Hərəkat”-ın deputatı Elquca Baqrationi, məsələnin xüsusilə seçkiqabağı dövrdə qaldırıldığını bildirir. O, hakim partiyanın üzvləri ilə sözlü münaqişə yaşayıb.

 “Seçkilər üçün qüvvələrini nümayiş etdirməyə çalışırlar, lakin bunların heç nəyə başı yoxdur və 2 oktyabrdan sonra əhval -ruhiyyələrinin necə olacağını görəcəyik” -deyə Elquca Baqrationi bildirib.

Ali Şuranın sədri Davit Qabaidze müxalifətin ittihamının ciddi olmadığını bildirir, çünki iclas seçkilərdən sonra keçiriləcək və məsələnin keçirilməsini isə Ali Şuranın reqlamenti nəzərdə tutur.

“Əksəriyyətinin səlahiyyətlərə son qoyulmasını dəstəkləyib -dəstəkləməyəcəyi hələ müzakirə edilməyib və deputatlar fərdi şəkildə qərar verəcəklər. Mən, Ali Şuranın sədri olaraq, öz mövqeyimdən irəli gələrək, onların səlahiyyətlərinə xitam verilməsini məqsədəuyğun hesab etmirəm, lakin məsələnin müzakirəsini reqlament tələb edir. Analoji proses artıq parlamentdə də baş verib”, – deyə Davit Qabaidze bildirib.