Acariyada narkotik cinayəti ittihamı ilə iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acariya Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar.
“ Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı, həmçinin müxtəlif yerlərdən maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr, o cümlədən Metadon və Alfa-PVP götürüblər”, – deyə nazirlikdən bildirilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.