Acarıstanda son 24 saat ərzində koronavirusun 79 yeni halı qeydə alındı
Acarıstanda son 24 saat ərzində koronavirusun 79 yeni halı qeydə alındı

Acarıstanda son 24 saat ərzində koronavirusun 79 yeni halı qeydə alındı, 122 pasient sağaldı, bir nəfər isə, vəfat etdi.

Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, 36 sağalan şəxs klinikayı tərk edib.

Regionda dörd pasientin sağlamlıq vəziyyəti kritik dərəcədə ağırdır.

Acarıstan klinikalarında 424 pasient müalicə olunur, kovid-mehmanxanalarda – 298, onlayn-klinikalarda – 665.