Acarıstanda polis əməkdaşı koronavirusdan həlak olub
Acarıstanda polis əməkdaşı koronavirusdan həlak olub

Daxili İşlər Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1969-cu il təvəllüdlü Acarıstan Polis Departamentinin detektiv-müstəntiqi Batumi Respublika xəstəxanasında vəfat edib.

“Polis əməkdaşının koronavirusu oktyabrın birində təsdiqləndi və o Batumi Respublika xəstəxanasında müalicə kursunu keçirdi.

Onun yan xəstəlikləri: ciyərlərinin pnevmoniyası, ürək işemik xəstəlikləri və şəkər diabeti var idi.

Vəfat edən şəxs covid-19 requlyasiyalarına müvafiq qaydalarla və gərəkən müddətdə dəfn ediləcək.

Daxili İşlər Nazirliyi baş verən fakta bağlı dərin kədərini bildirir və vəfat edən polisin ailəsinə və iş yoldaşlarına baş sağlığı diləyir” – deyilir nazirliyin bəyanatında.