Acarıstanda erkən sitrus sortlarının yığımı başa çatıb

Acarıstanda erkən sitrus sortlarının yığımı başa çatıb. Məhsul yığımının birinci mərhələsi sentyabr ayından başlayıb.

Acarıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məhsul əvvəlki illə müqayisədə artır, çünki hər il erkən naringi sortları ilə yeni bağlar salınır.

Qiymətə gəlincə, 1,5 laridən başlayır və keyfiyyətə uyğun olaraq artır. Acarıstanda əsasən dörd erkən mandarin növü var. Bunlar: Tiaxara Unşiu – 60%, İkitsiu vaza, Niçinan – 20%, Miho vaza – 10%, Covano vaza – 10%.

Oktyabrın 31-dək Gürcüstandan ümumilikdə 245 ton erkən mandarin sortları ixrac edilib.