Acarada bir nəfər ailə üzvünü qəsdən öldürməkdə ittiham edilərək saxlanılıb
Acarada bir nəfər ailə üzvünü qəsdən öldürməkdə ittiham edilərək saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Z.B. “isti izlər”lə ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Batumidə yaşadıqları evdə soyuq silahla həyat yoldaşına – 1987-ci il təvəllüdlü İ.B-ya xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı qadın tibb müəssisəsinə gətirildikdən dərhal sonra dünyasını dəyişib. Polis Z.B.-ni təqsirləndirilən şəxs qismində saxlayıb. Polislər cinayət silahını – bıçağı sübut olaraq götürüblər” – Daxili İşlər Nazirliyində deyirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” yarımbəndinə əsasən aparılır, bu da ailə üzvünü ağırlaşdırıcı şəraitdə qəsdən öldürməyi nəzərdə tutur. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.