Acarıstan Hökumətinin qərarına əsasən, Batumidə yaşayan 70 ailə mənzil sahibi kimi qeydiyyata alınacaq

Acarıstan Hökumətinin qərarına əsasən, Batumidə yaşayan 70 ailə mənzil sahibi kimi qeydiyyata alınacaq.

Söhbət Tamar Mepe prospekti N54 və Xinikadze küçəsi N4 ünvanlarında yaşayan və illərdir yaşayış sahələrini qanuniləşdirə bilməyən ailələrdən gedir.

Acarıstan hökumətinin sədri Tornike Rijvadze adıçəkilən ailə üzvləri ilə görüşüb, onlara qərar barədə məlumat verib.

Mənzillərin təhvil verilməsi ilə bağlı müvafiq prosedurlar son mərhələdədir.