Acaranın yüksək dağlıq kəndlərində qar örtüyü iki metri keçdi, yolun təmizləmə işləri aparılır
Acaranın yüksək dağlıq kəndlərində qar örtüyü iki metri keçdi, yolun təmizləmə işləri aparılır

Acaranın dağlıq zonalarında intensiv qar yağır. Yüksək dağlıq kəndlərdə qar örtüyü iki metri keçdi.

Xulo Meriyasının məlumatına görə, hazırda Batumi-Axaltsixe avtomobil yolunun Paksadze kəndindən Qoderdzi kurortuna qədər olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Kənd mərkəzlərindən aran yollarına yalnız yüksək keçidli avtomobillər və sürüşməyə qarşı zəncirlərlə hərəkət etmək mümkündür.

Acara Yol Departamentinin məlumatına görə, Acaranın bütün beş munisipalitetinin dağlıq yaşayış məntəqələrində 24 saat yol təmizləmə işləri aparılır.

İşlərə 80 ədəd ağır texnika cəlb olunub.