Acaranın Ali Şurası 2023-cü ilin büdcə layihəsini təsdiqləyib
Acaranın Ali Şurası 2023-cü ilin büdcə layihəsini təsdiqləyib

 

Acaranın Ali Şurası bölgənin 2023-cü il üçün büdcə layihəsini təsdiqləyib. Gələn ilin büdcəsi yarım milyardı ötür və 535 549 400 lari təşkil edir. Əvvəlki illə müqayisədə büdcə 11 faiz artır.

Acaranın maliyyə və iqtisadiyyat naziri prioritetin sosial sahə, təhsil və infrastruktur layihələri olduğunu bildirib. Səhiyyə sahəsinin maliyyələşdirilməsi artır.

Maliyyə sənədini yalnız “Gürcü Arzusu”nun deputatları dəstəkləyib. İclasda “Milli Hərəkat”dan olan deputatlar iştirak etməyiblər. Onlar boykot rejiminə keçiblər və buna səbəb kimi Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini göstəriblər. “Milli Hərəkat”ın deputatları etirazı küçədə davam etdirəcəklərini bildirirlər.

“Milli Hərəkat”ın qərarı hakim komandanın üzvləri tərəfindən tənqid edilib. Onlar bunun sabitliyi pozmaq və xaos gətirmək üçün növbəti uğursuz cəhd olduğunu açıqlayıblar.