Acarada koronavirusun 68 yeni halı aşkar edildi, 85 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 68 yeni halı aşkar edildi, 85 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 68 yeni halı aşkar edildi, 85 pasiyent müalicə olunaraq sağaldı. Sağalanaların ümumi sayı 38 18-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən səkkizinin vəziyyəti kritikdir. Cəmi klinikada 413, kovid-mehmanxanada 332 və onlayn klinikada 696 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 12 pasiyent klinikanı tərk etdi.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində koronavirusdan iki pasiyent vəfat etdi.