Acarada koronavirusun 164 yeni halı aşkar edildi, 70 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 164 yeni halı aşkar edildi, 70 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 164 yeni halı aşkar edildi, 70 pasiyent müalicə olunaraq sağaldı, bir pasiyent vəfat etdi.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən yeddisinin vəziyyəti kritikdir. Cəmi klinikada 353, kovid-mehmanxanada 224 və onlayn klinikada 558 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 38 pasiyent klinikanı tərk etdi.