Acarada koronavirusun 117 yeni halı aşkar edildi
Acarada koronavirusun 117 yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 117 yeni halı aşkar edildi, 79 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.

Bu günə qədər koronavirusdan müalicə olunaraq sağalananların ümumi sayı 37 354-ü təşkil edir.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən altısının vəziyyəti kritikdir. Cəmi klinikada 366, kovid-mehmanxanada 293 və onlayn klinikada 681 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 28 pasiyent klinikanı tərk etdi.