Acarada koronavirusun 114 yeni halı aşkar edildi, 139 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 114 yeni halı aşkar edildi, 139 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 114 yeni halı aşkar edildi, 139 pasiyent müalicə olunaraq sağaldı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən 14-nün vəziyyəti kritikdir.

Cəmi klinikada 411, kovid-mehmanxanada 280 və onlayn klinikada 531 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 36 pasiyent klinikanı tərk etdi.