Acarada koronavirusun 107 yeni halı aşkar edildi, 111 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 107 yeni halı aşkar edildi, 111 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 107 yeni halı aşkar edildi, 111 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən doqquzunun vəziyyəti kritikdir. Cəmi klinikada 235, kovid-mehmanxanada 680 və onlayn klinikada 680 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 28 pasiyent klinikanı tərk etdi.