Acarada koronavirusun 102 yeni halı aşkar edildi
Acarada koronavirusun 102 yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 102 yeni halı aşkar edildi, bir pasiyent vəfat etdi, 106 pasiyent müalicə olunaraq sağaldı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən onunun vəziyyəti kritikdir.

Cəmi klinikada 357, kovid-mehmanxanada 218 və onlayn klinikada 492 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 20 pasiyent klinikanı tərk etdi.