Acarada güclü küləyin səbəb olduğu problemlərlə əlaqədar Fövqəladə Halların İdarəedilməsi Xidmətinə onlarla bildiriş daxil olub
Acarada güclü küləyin səbəb olduğu problemlərlə əlaqədar Fövqəladə Halların İdarəedilməsi Xidmətinə onlarla bildiriş daxil olub

 

Acara bölgəsinin ərazisində güclü küləyin səbəb olduğu problemlərlə əlaqədar Fövqəladə Halların İdarəedilməsi Xidmətinə onlarla bildiriş daxil olub.

Bu barədə Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların İdarəedilməsi Xidmətindən məlumat verilib.

Sosial şəbəkələrdə güclü küləyin Batumidə stadionun ətrafındakı dayanacaqları ayıran dəmir maneələri uçurduğu barədə məlumatlar və foto-material yayılır. Eləcə də güclü küləyin ağacları kökündən çıxardığı, nəticədə yüngül avtomobillərə ziyan dəyməsi ilə bağlı da məlumat yayılır.