Acara Muxtar Respublikasının Hökumət sədri Sulxan Tamazaşvili İsrail Dövlətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirib
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Gürcüstandakı İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri Valid Əbu Haya ilə tanışlıq xarakterli görüş keçirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və İsrail arasında mövcud ikitərəfli əməkdaşlıq, eləcə də mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Daxili işlər naziri vurğulayıb ki, Gürcüstan və İsrailin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli ikitərəfli münasibətlər mövcuddur. O, həmçinin iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə toxunub.
Görüşün sonunda səfir daxili işlər nazirinə qəbul üçün təşəkkür edib və mövcud əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəal işi davam etdirməyə hazır olduğunu bildirib.