Acara Maliyyə və Səhiyyə nazirləri Batumidə mehmanxanalarda qalan Ukrayna vətəndaşları ilə görüşdülər
Acara Maliyyə və Səhiyyə nazirləri Batumidə mehmanxanalarda qalan Ukrayna vətəndaşları ilə görüşdülər

Acaraya gələn və vətənlərinə qayıda bilməyən Ukraynalı qonaqlar bölgədəki mehmanaxanalara pulsuz yerləşdiriləcək və onlara müvafiq xidmətlər göstəriləcək. Proses bir neçə gündür əngəllər olmadan həyata keçirilir.

Acara hökumətinin məlumatına görə, həm dövlət, həm də turizm sənayesinin özəl sektoru Ukraynalı ziyarətçilərinə yardım etmək üçün səfərbər olunub. Prosesi Turizm Departamenti təmin edir. Departament 24 saat işləyən qaynar xətt işə salıb və Gürcüstanda qalan Ukraynalı ziyarətçilər ətraflı məlumat və yardım ala bilərlər.

Acara Maliyyə və Səhiyyə nazirləri Batumidə mehmanxanalarda qalan Ukrayna vətəndaşları ilə görüşdülər, onların ehtiyacları ilə tanış oldular və servislər barəsində məlumat çatdırdılar.

“Ölkəmizdə dəhşətli hadisələr baş verir. Gürcüstana gələndə belə olacağını və evə də qayıda bilməyəcəyimi təsəvvür edə bilməzdim. Amma sevindirici haldır ki, belə çətin məqamda özümüzü Gürcüstanda olduq. Biz burada özümüzü qaçqın kimi hiss etmirik. Bizi ən yaxşı mehmanxanalarda yerləşdirdilər. Xalqınız çox dost və mehribandır. Sizə və dövlət proqramlarınıza çox minnətdarıq. Daha heç nə deyə bilmərəm, sadəcə təşəkkürlər”, – deyə Ukrayna vətəndaşı, Viktoriya Sulqa deyir.

Acarıstan Ukraynanın dostlaşmış bölgə və şəhərlərinə humanitar yardım edir. Ukrayna xalqına yardım üçün artıq müvafiq maliyyə vəsaiti ayrılıb.