"Air Moldova" aviaşirkəti Tbilisi-Kişinyov istiqamətində uçuşlara başlayıb
Tbilisi Beynəlxalq Hava Limanında daha bir yeni aviaşirkət – “Air Moldova” Tbilisi-Kişinyov istiqamətində uçuşlara başlayıb. Bu barədə “Tav Georgia” məlumat yayır.
Şirkətdən verilən məlumatda aviaşirkətin bu gün həyata keçirdiyi ilk Kişinyov-Tbilisi reysi ilə 140 sərnişinin eniş etdiyi və 133 nəfərin Tbilisidən Kişinyova yola düşdüyü deyilir.
Uçuşlar həftədə iki tezliklə , bazar ertəsi və cümə günləri Airbus 319 təyyarələri ilə həyata keçiriləcək. Noyabr ayından qış mövsümündə aviaşirkət həftəlik uçuşların tezliyini dördə çatdırmağı planlaşdırır.