Air Moldova aviaşirkəti oktyabrdan, Tbilisi-Kişinyov istiqamətində birbaşa uçuşlar planlaşdırır
Daha bir yeni aviaşirkət Tbilisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlamağı planlaşdırır.
Müvafiq prosedurları tamamladıqdan sonra “Air Moldova” oktyabr ayından etibarən həftədə iki tezliklə, bazar ertəsi və cümə günləri Airbus 320 tipli təyyarə ilə Tbilisi-Kişinyov istiqamətində birbaşa uçuşlar həyata keçirəcək.
Noyabrdan etibarən aviaşirkət həftəlik uçuşların tezliyini dördə çatdırmağı planlaşdırır.