"Air Malta" Tbilisi istiqamətinə müntəzəm uçuşların həyata keçirilməsinə icazə aldı
Gürcüstan aviasiya bazarına cari ilin iyulun 4-dən “Air Malta” aviaşirkəti daxil olur.
Müntəzəm reyslər Malta adasından Tbilisi istiqamətinə həftədə bir dəfə, cümə axşamı həyata keçiriləcək. Uçuşlar Airbus 320 tipli təyyarə ilə baş verəcək.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Mülki Aviasiya Agentliyi tərəfindən şirkətə icazə 2019-cu ilin iyunun 14-də verildi.