Aprelin 1-dən Fransanın Milli Aviaşirkəti “Air France” (AIR FRANCE) Paris-Tbilisi aviareyslərini bərpa edir.
Bu haqda məlumatı TAV-Georgia yayır.
Yaz mövsümündə Parisin Şarl De Qol beynəlxalq hava limanına Tbilisidən aviareyslər həftədə iki dəfə, “Airbus A 320-21” tipli təyyarə ilə həyata keçiriləcək.
AİR FRANCE Gürcüstanın aviasiya bazarına 2019-cu ilin martın 31-də daxil oldu. Aviaşirkət bu gün 170 istiqamətə doğru uçuşlar həyata keçirir.