Ailənin müqəddəsliyi günü ilə əlaqədar Kutaisidə yürüş keçirilir.
Bu günü qeyd etmək üçün vətəndaşlar səhər saatlarından şəhərin mərkəzinə toplaşıblar.
Bu dəqiqələrdə Kutai-Qaenati Yeparxiyasının nümayəndələri və sadə vətəndaşlar sülh duasının qılınacağı Müqəddəs David Aqmaşenebeli Katedralinə doğru gedirlər.
Ailənin müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar Tbilisidə və böyük şəhərlərdə də yürüşlər keçirilir.