Onlar ailə müqəddəsliyi günü münasibətilə Kaxetidə yürüşə hazırlaşırlar.
Bölgənin müxtəlif bələdiyyələrindən olan vətəndaşlar Məryəm adına Telavi kilsəsinə toplaşırlar. Ata Mikaeli ibadəti Alaverdi yeparxiyasının ruhaniləri ilə birlikdə aparacaq. Bundan sonra Telavi şəhərinin Vaja-Pşavela adına teatrı istiqamətində yürüş başlayacaq.
Yürüşə icra və qanunvericilik orqanlarının nümayəndələri də qoşulur.
Ailənin müqəddəsliyi və valideynlərə hörmət günü ilə əlaqədar Tbilisidə və böyük şəhərlərdə də yürüşlər keçirilir.