Ailənin azyaşlı üzvünə qarşı qrup şəklində törədilmiş işgəncə faktı üzrə iki nəfəri yaxaladılar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İdarəsinin əməkdaşları, aparılan operativ-istintaq və axtarış əməliyyatları nəticəsində azyaşlıya qarşı qrup şəklində törədilmiş işgəncə faktı üzrə, azyaşlının atalığı – 1993-cü il təvəllüdlü A.S.-nı və anasını – 1993-cü il təvəllüdlü M.D.-nı yaxaladılar.
DİN-in məlumatına görə, cinayət 9 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Elə onların məlumatına görə, istintaqla müəyyən olundu ki, M.D. və həyat yoldaşı A.S azyaşlı – 2014-cüil təvəllüdlü V.D.-nı cəzalandırmaq məqsədiə işgəncə verirdilər, nası da öz xarakteri, intensivliyi və müddətliliyi ilə böyük fiziki ağrılar əmələ gətiriridi.
“Hüquqmühafizəçilər, aparılan operativ-istintaq və axtarış əməliyyatları nəticəsində A.S.-nı və M.D.-nı Tbilisidə yaxaladılar. Müvafiq ekspertiza təyin edilib və bütün lazımi tədbirlər görülür.
Azyaşlı, öz azyaşlı qardaşı ilə birlikdə, sosial işçi tərəfindən təhlükəsiz yerə aparılıb.
İş üzrə istintaq azyaşlıya qarşı qrup şəklində törədilmiş işgəncə faktı üzrə, Gürcüstan Cinayət Məcəlləsinin 11 prima-144 prima maddəsinin ikinci hissəsinin “e” və “z” bəndi ilə aparılır”, – DİN-də bəyan edirlər.