Ailə zorakılığına məruz qalan gənc qadın təcili əməliyyat üçün Tsnoridən Tbilisiyə gətirildi
Ailə zorakılığına məruz qalan gənc qadın təcili əməliyyat üçün Tsnoridən Tbilisiyə gətirildi

Ehtimala görə, ailə zorakılığına məruz qalan gənc qadın, çox sayda bədən zədələnməsi ilə Tsnori xəstəxanasından Tbilisiyə gətirildi.

Bu barədə məlumatı Birinci Kanalın jurnalisti verir.

25 yaşlı qadının qonşularının dediyinə görə, onu atası döydü və sonra təcili tibbi yardım maşını çağırıldı.

Tsnori xəstəxanasının rəhbəri Otar Ruadzenin bəyanatına görə, qadının onurğa sütununda qırıqlar var və təcili neyroxiruqiya əməliyyatı lazımdır. Əməliyyat üçün onu Tbilisiyə gətirdilər.

Birinci Kanalın jurnalistinin məlumatına görə, gənc qadın atasının evində uşağı ilə birlikdə yaşayır.

Qonşuları deyirlər ki, gənc qadın atası tərəfindən dəfələrlə döyülüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qızını döyən şəxs həbs edilib və indi Siğnaği təcridxanasındadır.