Ailə zorakılığına qarşı dövlət servisləri və qaynar xəttlər haqqında məlumat əczanə şəbəkələrində və mağazalarda milli azlıqların dilində də yerləşdiriləcək
Koronavirus krizisi fonunda, ailədə qadına qarşı zorakılığa qarşı dövlət tərəfindən sərt siyasətin aparılması davam edir, – bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.
Covid-19 krizisində evdə zorakılığın və qadına qarşı zorakılığın komunikasiya strategiyası hazırlandı.
Kampaniyanın məqsədi adresata (zorakılıq qurbanlarına) gərəkdiyi halda, nə edəcəkləri barədə məlumatın çatdırılmasıdır.
Baş nazirin mətbuat xidmətinin bəyanatında deyilir ki, krizis zamanları ailə zorakılığı riskləri artır.
Ona görə də, bütün Gürcüstan vətəndaşlarının mövcud olan dövlət servisləri haqqında məlumatı olmalıdır, – deyilir bəyanatda.
Mətbuat xidmətinin məlumatına görə, kampaniya çərçivəsində, ailə zorakılığına qarşı dövlət servisləri və qaynar xəttlər haqqında məlumat əczanə şəbəkələrində və mağazalarda yerləşdiriləcək və milli azlıqlarlın dilində də olacaq.