Aİ Şurası - müzakirə Gürcüstanın bir çox əsas islahatlar üzrə əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqlədi
Aİ Şurası - müzakirə Gürcüstanın bir çox əsas islahatlar üzrə əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqlədi

 

Müzakirə Gürcüstanın bir çox əsas islahatlar üzrə əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqlədi-bu barədə Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurası tərəfindən yayılan məlumatda deyilir.

Aİ Şurasının məlumatında Aİ-nin xarici işlər nazirləri ilə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili arasında qeyri-rəsmi danışıqların Gürcüstanın Avropa perspektivi və onun demokratiyasının gücləndirilməsi zərurətinə həsr olunduğu deyilir.

“Müzakirə Gürcüstanın bir çox əsas islahatlar üzrə əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqlədi və qanunun aliliyi, insan hüquqları, media, vətəndaş cəmiyyəti və müstəqil dövlət institutlarının Avropa İttifaqına üzv olmaq istəyən hər bir ölkə üçün vacib elementlər olduğu vurğulanıb”-deyə məlumatda qeyd edilib.

Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə ali nümayəndəsi Cozef Borellin rəhbərlik etdiyi Avropa İttifaqının Xarici İşlər Şurasının iclası çərçivəsində İlia Darçiaşvili Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri və üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə iştirak edib. Həmçinin, İlia Darçiaşvili genişlənmə üzrə Avropa komissarı Oliver Varhei ilə görüşüb. Lüksemburqa səfəri çərçivəsində xarici işlər naziri həmkar nazir və genişlənmə məsələləri üzrə Avropa komissarı ilə ikitərəfli görüş keçirib.