Aİ Nümayəndəliyi - Cozef Borrel Salome Zurabişviliyə Aİ-nin Gürcüstana dəstəyini qeyd edib və onu əməkdaşlığın aktivləşdiriləcəyinə əmin edib
Aİ Nümayəndəliyi - Cozef Borrel Salome Zurabişviliyə Aİ-nin Gürcüstana dəstəyini qeyd edib və onu əməkdaşlığın aktivləşdiriləcəyinə əmin edib

 

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Aİ-nin ali nümayəndəsi, vitse-prezident Cozef Borrel və Gürcüstan prezidenti Salome Zurabişvili arasında baş tutmuş telefon danışığı barədə məlumat yayır.

“Aİ-nin ali nümayəndəsi / vitse-prezident Cozef Borrel həftənin ikinci günü Gürcüstan prezidenti Salome Zurabişvili ilə Rusiyanın Ukraynaya qarşı qanunsuz və əsassız təcavüzünün regional nəticələrini müzakirə etmək üçün telefonla danışıb.

Ali nümayəndə Borrel Ukraynaya hücum kontekstində Aİ-nin Gürcüstana dəstəyini xüsusilə vurğulayaraq, prezident Zurabişvilini Aİ-nin Gürcüstanın dayanıqlığını gücləndirmək üçün ölkə ilə əməkdaşlığı intensivləşdirməyə hazır olduğuna əmin edib.

Ali nümayəndə prezident Zurabişvilinin Ukraynaya dəstəklə bağlı mövqeyini müsbət qiymətləndirib. O, Rusiyanın Ukraynaya hücumunun böyük humanitar fəlakətə səbəb olduğunu, Avropanın təhlükəsizliyinə ciddi ziyan vurduğunu, beynəlxalq prinsipləri və beynəlxalq hüququ tamamilə pozduğunu xüsusilə vurğulayıb. Onlar bu hadisələrin regionun təhlükəsizliyinə təsirini, eləcə də Rusiya təcavüzünün doğurduğu mənfi iqtisadi nəticələri müzakirə ediblər.

Ali nümayəndə / vitse-prezident Borrel Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədi” -deyə Avropa İttifaqının Nümayəndəliyinin məlumatında deyilir.