Aİ Nümayəndəliyi bütün maraqlı tərəfləri, müvafiq qeyri-hökumət təşkilatlarının bütün işçi qruplarda iştirakını təmin etməyə çağırır
Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi bütün maraqlı tərəfləri, müvafiq qeyri-hökumət təşkilatlarının bütün işçi qruplarda iştirakını təmin etməyə çağırır.
Bu barədə Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin bəyanatında qeyd olunub.
“Gürcüstandakı bütün maraqlı tərəfləri, bütün müvafiq qeyri-hökumət təşkilatlarının dəvət olunmasını və seçki islahatları üzrə işləyən qrup da daxil olmaqla bütün işçi qrupların fəaliyyətində əsaslı şəkildə iştirak etmək imkanı verilməsini təmin etməyə çağırırıq.
Vətəndaş cəmiyyəti təşkilatlarının qərarların qəbulu prosesinə cəlb edilməsi ilə bağlı #10 prioritet parlamentdə aparılan işlərə xüsusilə uyğundur”- deyə Aİ Nümayəndəliyinin bəyanatında deyilir.