Aİ-nin yeni səfiri Pavel Herçinski etimadnamənin surətini İlia Darçiaşviliyə təqdim edib
Aİ-nin yeni səfiri Pavel Herçinski etimadnamənin surətini İlia Darçiaşviliyə təqdim edib

 
Aİ-nin yeni səfiri Pavel Herçinski etimadnamənin surətini xarici işlər naziri İlia Darçiaşviliyə təqdim edib.
Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, mərasimdən sonra tərəflər arasında görüş keçirildiyi deyilir.

Nazirlikdən verilən məlumatda, görüşdə Gürcüstan və Avropa İttifaqı arasında mövcud əməkdaşlığın geniş spektri, o cümlədən cari ilin iyun ayında Avropa İttifaqı tərəfindən Gürcüstana Avropa perspektivinin verilməsi məsələsinin müzakirə edildiyi bildirilib. Nazir Avropa Şurasının 12 prioritetinin icrasının gedişatı barədə səfirə məlumat verib. Tərəflər həmçinin bu ilin sentyabrın 6-da Brüsseldə keçirilməsi planlaşdırılan Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. Aİ nümayəndə heyətinin yeni rəhbəri Gürcüstanın xarici işlər nazirinin keçən həftə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirakını alqışlayıb.

Həmçinin, işğal olunmuş bölgələrdəki mövcud vəziyyət və regionun sabitliyinin təmin edilməsində Avropa İttifaqının rolu müzakirə edilib. Səfir bir daha Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini dilə gətirib.