Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan bu gün Tbilisiyə iki günlük səfərə gəlir
Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan bu gün Tbilisiyə iki günlük səfərə gəlir

 

Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan bu gün Tbilisiyə iki günlük səfərə gəlir. Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayır.

Verilmiş məlumatda Devid O’Sallivanın Gürcüstan hakimiyyəti ilə ümumi maraq doğuran məsələləri, belə ki sanksiyalar və onların effektiv şəkildə həyata keçirilməsini müzakirə edəcəyi deyilir.

“Səfərin məqsədi birbaşa rabitə kanalı açmağa və gələcək əməkdaşlığa əsaslanan dialoq qurmağa xidmət edir. Gürcüstan hakimiyyəti xüsusi nümayəndənin səfəri üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı əməkdaşlığa hazır olduğunu ifadə edib və sıx əməkdaşlığın davam edəcəyinə dair ümid var.

Səfər çərçivəsində sabahdan etibarən Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili, vitse baş nazir və iqtisadiyyat naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, Milli Bankın prezidenti vəzifəsini icra edən Archil Mestvirişvili və Baş prokuror İrakli Şotadze ilə görüşlər keçiriləcək.

Devid O’Sallivan həmçinin biznes nümayəndələri ilə görüşəcək. Səfər çərçivəsində O’Sallivanın mətbuat nümayəndələri ilə görüşü keçiriləcək – məkan və vaxt barədə məlumat veriləcək. Bu, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri, səfir Cim O’Brayen və Birləşmiş Krallığın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində iqtisadiyyat, elm və texnologiya sahələri üzrə baş direktor Kumar Aierin də iştirak edəcəyi birgə səfər olacaq” – deyə Aİ nümayəndəliyi tərəfindən yayılmış məlumatda deyilir.