Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

 
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib.
2024-cü ilin dekabrın 14-dək general-mayor Bettina Buğani Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına rəhbərlik edəcək.

Avropa Şurasının yaydığı məlumata əsasən, Buğani beynəlxalq əlaqələr və sabitləşdirmə missiyalarında böyük təcrübəyə malik Fransa Milli Jandarmının zabitidir; O, Birləşmiş Millətlər Təşkilatında müxtəlif yüksək vəzifələrdə, eləcə də Fransa Jandarmında və Daxili İşlər Nazirliyində işləyib.

Son zamanlar o, həssas siyasi və təhlükəsizlik kontekstlərində münaqişələrin qarşısının alınması, vasitəçilik və sülhün qorunması ilə məşğul olub.

Bettina Buğani Dimitrios Karabalisi əvəz edəcək.