Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib.
Avropa İttifaqı Şurasının səhifəsində yayılmış məlumatda şuranın yunan diplomat Dimitrios Karabalisi Aİ-nin Monitorinq Missiyasının yeni rəhbəri təyin etdiyi deyilir.
Karabalis Yunanıstan Xarici İşlər Nazirliyində Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışıb.
Monitorinq missiyasının yeni rəhbəri 2023-cü ilin fevralın 1-dən mandatının icrasına başlayacaq. Karabalisin təyinatı ilə bağlı qərarı Siyasi və Təhlükəsizlik Komitəsi verib.