Aİ Ermənistan və Azərbaycanı təmkinli olmağa və üçtərəfli sazişlər üzrə öhdəliklərə əməl etməyə çağırır

17:29, 17.11.2021

Aİ Ermənistan-Azərbaycan sərhədindəki son zorakılıqlardan çox narahatdır və bu təəssüf ki, insan tələfatı ilə nəticələnir. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin yaydığı bəyanatda deyilir.

“Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında vəziyyəti müzakirə edib və gərginliyin dərhal azaldılmasına və atəşkəs rejiminin tam qorunmasına çağırıb. Aİ Ermənistan və Azərbaycanı maksimum təmkinli olmağa, qoşunları daimi yerləşdiyi yerə qaytarmağa və üçtərəfli sazişlər üzrə öhdəliklərinə əməl etməyə çağırır. Biz hər iki tərəfi sərhədin demarkasiyası da daxil olmaqla, həll olunmamış məsələlərin hərtərəfli həlli istiqamətində işləmək üçün danışıqları bərpa etməyə çağırırıq.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin 15 noyabr bəyanatını dəstəkləyir. Aİ gərginliyin azaldılmasına kömək etmək və regiondakı bütün insanların rifahı naminə təhlükəsiz, sabit, firavan və dinc Cənubi Qafqazın qurulmasına töhfə vermək üçün Ermənistan və Azərbaycanla işləmək öhdəliyini bir daha bəyan edir”, – bəyanatda deyilir.

Oxşar