Axtarışda olan cihadist Ahmed Çataevin Gürcüstanda likvidasiyası haqqında BBC yazır.
Agentliyin məlumatına görə, İstambul hava limanında keçən il həyata keçirilən teraktın təşkil edilməsində şübhəli sayılan Çataev, Tbilisidə, xüsusi əməliyyat zamanı öldü.
“Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətinin bəyanatına görə, DNA testləri təsdiq etdi ki, Çataev xüsusi əməliyyat zamanı, ətrafı sarılan bir binada özünü partlatdı. Onun yanındaki şəxslər isə, əməliyyat zamanı likvidasiya edildilər.
Keçən il, İstanbul hava limanında 3 teroristin özünü partlatması nəticəsində, 45 nəfər həlak oldu. Türkiyə iqtidarı teraktın təşkilatçısı olaraq, Ahmed Çataevi elan etdi və teraktı İslam Dövlətinin törədtiyini bəyan etdi.
Ahmed Çataevi gürcü polisi 2012-ci ildə, üstündə partlayıcı maddənin tapılmasına görə, həbs etmişdi, ancaq daha sonra, o girov əvəzinə azad edildi və Gürcüstanı tərk etdi” – yazır BBC.